Britaniyalı nazirdən Fələstinlə bağlı skandal sözlər

Böyük Britaniyanın daxili işlər naziri Suella Braverman bildirib ki, Fələstin bayrağının dalğalanması və ya Fələstin üçün azadlıq şüarlarının səsləndirilməsi, adətən qanuni olan “terror aktlarını tərifləmək üçün” edilərsə, qanuni olmaya bilər.

Gununsesi.info xəbər verir ki, ölkə mətbuatında yer alan məlumata görə, Braverman polis rəislərinə yazdığı məktubda ictimai asayişi pozan hərəkət və şüarlardan nümunələr gətirərək bildirib ki, polis HƏMAS tərəfdarları və ya yəhudi vətəndaşları üçün təhlükə yarada biləcək hərəkətlərə qarşı qanunun verdiyi bütün səlahiyyətlərdən istifadə etməlidir.

İsrail əleyhinə hərəkətlərdə istifadə edilən simvolların kontekstinin də nəzərə alınması lazım olduğunu ifadə edən Braverman deyib ki, “Bəzi hallarda qanuni davranış, məsələn, Fələstin bayrağının dalğalanması, terror aktlarını tərifləmək üçün nəzərdə tutulduqda qanuni olmaya bilər”.

Braverman qeyd edib ki, bu, aqressiv şəkildə Fələstin himnlərinin oxunması, simvolların dalğalanması və ya yəhudilərin sıx məskunlaşdığı məhəllədə konvoyun aparılması ola bilər.

Səid Əhmədli
Gununsesi.info