Britaniyalı turistləri daşıyan helikopter qəzaya uğrayıb - 3 ÖLÜ, 4 YARALI

  • By admin
  • 12 Fevral 2018 09:15

ABŞ-da göyərtəsində britaniyalıların olduğu turist helikopteri qəzaya uğrayıb.

Gununsesi.info xəbər verir ki, insident “Qrand Kanyon” turizm sahəsinin yaxınlığında baş verib.

İnsident yerli vaxtla ötən gün 17.20-də baş verib. Məlumata görə, “Eurocopter EC130” tipli birmühərrikli helikopterin göyərtəsində azı 7 nəfər olub.

Qəza nəticəsində 3 nəfər ölüb, 4 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kritik olduğu bildirilir.

Qəzanın səbəbləri müəyyənləşdirilir.

Gununsesi.info