Britaniyalılar üçün “xoşbəxt bazar ertəsi” başlayır – VİDEO

Böyük Britaniyada iki aylıq karantindən sonra insanlar dostları ilə küçədə gəzə, təmiz havada idmanla məşğul ola bilərlər.

“Euronews” xəbər verir ki, britaniyalılar üçün “xoşbəxt bazar ertəsi” başlayır.

HTML tutorial

Eyni zamanda, məsafədən işləmək tövsiyəsi aradan qaldırılmayıb, əhalidən yalnız lazım olduqda ictimai nəqliyyatdan istifadə etmələri istənilir.

Böyük Britaniyada 30 milyon insanın (yetkin əhalinin 60 %-i) koronavirus peyvəndinin ilk dozasını vurdurmasına baxmayaraq, səlahiyyətlilər yaxın gələcək üçün ehtiyatlı proqnozlar verməyi üstün tuturlar.

Avropanın aparıcı turizm məkanı olan Florensiyanın küçələri boş qalıb. Toskana, Kalabria və Valle Daosta kimi bölgələr yüksək riskli “qırmızı zona”lara çevrilib. Pasxa tətillərində ölkə əhalisinin yarıdan çoxu lokdaunda, qalanları qismən karantində qalacaq.

Fransada reanimasiya şöbələrində oktyabr ayındakı anti-rekord yenilənib. Prezident Emmanuel Makron həkimlərin, müəllimlərin və sərhədlərini bağlayan qonşu ölkələrin çağırışlarına baxmayaraq, ümummilli karantinin davamına qarşı çıxır.

Macarıstanda isə koronavirus məhdudiyyətləri aprelin 8-dək uzadılıb. Ölkədə komendant saatı tətbiq edilib, restoranlar, mədəniyyət müəssisələri, mağazalar və məktəblər qapalı qalır.

Gununsesi.info