Britaniyanı “nüvə silahı olan islamçı ölkə” adlandırdı

  • By ilhame
  • 16 İyul 2024 21:50

ABŞ-nın sabiq prezidenti Donald Trampın vitse-prezidentliyə namizədi Cey Di Vens Böyük Britaniyanı “nüvə silahı olan islamçı ölkə” adlandırıb.

 

Gununsesi.info xəbər verir ki, çıxışı zamanı əsl islamçı ölkənin Britaniya olduğunu deyib.

Bir vaxtlar Trampı “axmaq” və “Amerikanın Hitleri” kimi xarakterizə edən Vens, Milli Mühafizəkarlıq konfransında Böyük Britaniya haqqında şərhlər edib.

 

“Mən dostumla nüvə silahına sahib olan ən böyük islamçı ölkənin hansı olacağından danışırdım. İranın, Pakistanın adı çəkildi, sonda bunun Böyük Britaniya olduğuna qərar verdik.

 

Çünki Leyboristlər hökumətinin seçilməsi Böyük Britaniyanın “nüvə silahı əldə edən ilk həqiqi İslamçı ölkə” olması demək idi”.

Gununsesi.info