Britaniyanın Aİ-dən çıxması Azərbaycana da mənfi təsirini göstərəcək – Politoloq

  • By admin
  • 22 İyun 2016 17:13

ilqar

 

HTML tutorial

Böyük Britaniyanın Avropa Birliyindən çıxması Azərbaycana da təsirsiz ötüşməyəcək.

Bu fikri Gununsesi.info-ya açıqlamasında Cənubi Qafqaz Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə deyib. Onun sözlərinə görə, bu gün Avropanın Azərbaycanda əsas maraqlarını təmin edən şirkət BP şirkətidir və o da Britaniya şirkətidi: “BP həmçinin Azərbaycanın da Avropada maraqlarını təmin edirdi. Məhz bunun nəticəsi idi ki, digər Qərb ölkələrindən fərqli olaraq Britaniya Azərbaycana qarşı loyal mövqedə dayanırdı. Britaniya Almaniya, Fransa və digər ölkələrdən fərqli olaraq Azərbaycana qarşı təzyiq kampaniyasında iştirak etmirdi. Odur ki, Azərbaycanla Britaniya arasına balanslaşdırılmış siyasət mövcud idi. əgər Britaniya Aİ-dən çıxarsa, o zaman biz bu məkanda böyük müttəfiqimizi itirmiş olacağıq”.

Britaniyanın Aİ-dən çıxmasının səbəblərini açıqlayan politoloq bildirid ki, bunun kökləri 30-40 il bundan öncəyə gedir. “Məhz ona görə də hər zaman Britaniya ilə digər Aİ-yə üzv ölkələr arasında mütəmadi olaraq mübahisələr yaranırdı. Britaniyanın əsas ziddiyyəti Almaniya ilə olurdu. Britaniya Almaniyanın, Fransanın Aİ ilə bağlı həyata keçirdiyi siyasəti və layihələri tənqid edirdi. Ona görə də Aİ-nin layihələrində iştirak etmirdi. Bu ziddiyyətlər son illərdə daha da kəskinləşdi. Xüsusən də Avropadakı iqtisadi və maliyyə böhranından sonra bu böhran dərinləşdi. Avropadakı miqrasiya problemi isə bunu pik həddə çatdırdı”, – deyə İ. Vəlizadə vurğulayıb.

İ. Vəlizadə bildirdi ki, hazırda Britaniya cəmiyyətində  referendumla bağlı ciddi parçalanma var: “Demək olar ki, cəmiyyət yarı yarıya bölünüb. Artıq bir sıra rəsmilər Britaniyanın Aİ-dən çıxacağı təqdirdə onları gözləyən problemlərin fərqindədir. Odur ki, onlar Britaniyanın Aİ-dən çıxmasına qarşı ciddi kampaniya aparırlar. Onlar bilir ki, Britaniya Aİ-dən çıxacağı təqdirdə ölkənin maliyyə, əmək bazarında ciddi problemlər yarancaq”. Politoloq hesab edir ki, bu proses sonucda Avropa Birliyinin parçalanmasına gətirib çıxara bilər. “Əgər Britaniyanın Aİ-dən çıxışı uğurlu alınarsa bu digər ölkələrin də qurumdan çıxması ilə nəticələnə bilər”, – politoloq qeyd edib. Onun fikrincə, Britaniya Aİ-dən çıxdıqdan sonra qurumla münasibətlərin tənzimlənməsi mexanizmində də problemlər olacaq. “Çıxandan sonra Britaniya Aİ ilə münasibətlərini necə tənzimləyəcək? Bu mexanizm yoxdur. Əməkdaşlıq hansı formada həyata keçiriləcək? Bu Britaniyanın təklənməsinə gətirib çıxara bilər. Ola bilsin ki, Britaniya Ukrayna və digər ölkələr kimi Aİ ilə assosiativ qaydada üzv ola bilər”, – o vurğulayıb.

İ. Vəlizadə onu da əlavə edib ki, Britaniyanın Aİ-dən çıxması Avroatlantik məkanın parçalanmasına səbəb ola bilər.

Mürtəza Bunyadlı