
Böyük Britaniyanın Baş naziri Rişi Sunak Çinin dünya nizamına meydan oxuduğunu söyləyib.
Gununsesi.info-nun Britaniya mediasına istinadən verdiyi xəbərə görə, Sunak “Dünya daha qeyri-sabit bir yerə çevrilib və təhlükəsizliyimizə təhdidlər artıb” deyərək, silahlı qüvvələrə ayrılan büdcəni artırdığını bildirib.
Böyük Britaniyanın müdafiə büdcəsi qarşıdakı iki il ərzində təxminən 5 milyard funt sterlinq artacaq.
Tərcümə: Elmar
Gununsesi.info