Britaniyanın baş naziri Trampla Zeleniskinin görüşünü belə şərh edib

  • Müəllif: admin
  • 19 Avqust 2025 10:02

ABŞ Prezidenti Donald Trampın Avropa liderləri ilə Ukrayna prezidenti Volodimir Zeleniski ilə görüşü dünya mediasının əsas müzakirə mövzusudur. 

Gununsesi.info-nun xəbərinə görə, Böyük Britaniyanın baş naziri Starmer Zelenski ilə Trampın görüşünü şərh edib.

Baş nazir deyib ki, bu görüşün iki əsas nəticəsi var:

“Birincisi, Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində “istəklilər koalisiyası” indi ABŞ ilə işləyəcək. İkincisi, Zelenski ilə Putin arasında Trampın iştirak edəcəyi görüşün keçirilməsi ilə bağlı razılıq əldə olunub. Bu, istər ərazi, istərsə də məhbus mübadiləsi kimi bəzi məsələlərdə Ukraynanın danışıqlar masası arxasında olması prinsipinin etirafıdır”.
Günay