Britaniyanın müdafiə naziri istefa verdi

Britaniyanın müdafiə naziri Ben Uolles istefa verib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ölkənin Baş naziri Rişi Sunak Uollesin istefasını qəbul edib.

“Financial Times”ın məlumatına görə, yeni müdafiə naziri enerji təhlükəsizliyi və iqlim neytrallığı naziri Qrant Şapps və yaxud qurumun keçmiş rəhbəri Liam Foks ola bilər.

Qeyd edək ki, B.Uolles sözügedən vəzifəyə 2019-cu ildə təyin edilib. O, iyulda “Times” qəzetinə müsahibəsində payızda istefaya yollanmaq istədiyini açıqlayıb. O bildirib ki, nazir postunu tərk etdikdən sonra normal həyata qayıtmaq istəyir və barda işləməkdən məmnunluq duyardı.

 

Gununsesi.info