Britaniyanın XİN başçısı Moskvaya gəlib

  • By admin
  • 09 Fevral 2022 19:15

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Rusiyaya rəsmi səfər edib.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Rusiyadakı səfirliyindən bildirilib.

HTML tutorial

Liz Trass Ukrayna ətrafında vəziyyəti müzakirə etmək üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, fevralın 10-da Moskvada keçiriləcək danışıqlarda tərəflər Avropada uzunmüddətli təhlükəsizlik təminatlarının hazırlanmasını müzakirə edəcəklər.

 

 

Gununsesi.info