
Böyük Britaniyanın yeni Baş Qərargah rəisi general Patrik Sanders bütün ordu üzvlərinə mesaj göndərərək cəbhədə Rusiya ilə qarşılaşmağa hazır olmalarının lazım olduğunu bildirib.
Bu barədə Gununsesi.info BBC-yə istinadən bildirir.
Məlumata görə, keçən həftə vəzifəsinin icrasına başlayan Patrik Sanders deyib ki, Rusiyanın Ukraynaya təcavüzü Britaniya ordusunun ölkəni müdafiə etməyə və quru müharibələrinə hazır olması lazım olduğunu göstərir: “Ordu Rusiyanı məğlub etmək gücünə malik olmalıdır. Bütün ordular döyüşmək üçün təlim keçsələr də, son illərdə şərtlər açıq şəkildə dəyişib”.
Afət Abbasova
Gununsesi.info