Böyük Britaniya Türkiyənin demokratik yolla seçilmiş hakimiyyətini və institutlarını dəstəkləyir.Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Boris Conson öz Twitter səhifəsində qeyd edib. Britaniyalı nazir deyib ki, Türkiyədə baş verən hadisələrlə bağlı artıq Xarici işlər naziri Mövlud Şavuşoğlu ilə telefon söhbətimiz olub: “Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon söhbətimdə Böyük Britaniyanın Türkiyənin demokratik yolla seçilən hakimiyyətini və demokratik institutlarını dəstəkləyir”.
Yaponiya da Türkiyədə baş verən hadisələrdən narahatçılığını ifadə edərək, tez bir zamanda vəziyyətin normallaşmasına ümidvar olduğunu bəyan edib.
Gununsesi.info