Brus Li haqqında bilmediyiniz faktlar

Məhz Brüs Li kunq-funu Hollivudda məşhur edib. İstedadlı aktyor və döyüş səhnələrinin rejissoru, Jeet Kune Do stilinin banisi 32 yaşında vəfat edib. Ölümündən 50 il keçməsinə baxmayaraq, onun iştirakı ilə çəkilən filmlər hələ də populyardır və tələb olunur. Brüs Linin yaradıcılığının pərəstişkarısınızsa, əfsanənin tərcümeyi-halından maraqlı faktlar öyrənmək sizi maraqlandıracaq.

Uşaqlığı və cavanlıq illəri

Brüs Li 27 noyabr 1940-cı ildə Çintaun şəhərində (San-Fransisko, Kaliforniya) anadan olub. Onun tam adı Lee Jun-Fanqdır. Bu, “yenidən qayıtmaq” deməkdir və anası tərəfindən Liyə verilib.

İngiliscə “Bruce” adını xəstəxana həkimi Dr. Meri Qlover tərəfindən verildiyi güman edilir. Honq Konq opera müğənnisi olan atası Li Hoi Çuen həyat yoldaşı Qreys Ho və üç uşağı ilə 1939-cu ildə ABŞ-a köçüb. Dördüncü uşaq, Hoi Chuenin oğlu San Fransiskoda qastrol səfərində olarkən dünyaya gəlib.

Brüs Li məktəblə maraqlanmırdı. İbtidai məktəbi bitirdikdən sonra o , Honq Konqun Kowloon şəhərində ingilisdilli oğlanlar liseyinə daxil olub. Bruce tez-tez problem yaşayırdı. Nəticədə, pis davranışına görə La Salle-dən qovulub.

Alman Babası

Bruce Lee’nin babası təmiz qanlı bir alman olub, yəni Li texniki cəhətdən avropalı sayılıb. Məhz buna görə (o, “təmiz qanlı” çinli deyildi) 1950-ci illərdə bir çox kunq-fu məktəblərinə qəbul edilməyib. Onun tərbiyəsində , şəxiyyətinin formalaşmasında alman mədəniyyəti hiss olunub. Həttə onun özü alman mədəniyyətini və alman mətbəxini çox sevirdi.

Brüs Li çox yönlü bir insan idi

Brüs Linin ilk rol aldığı film 1941-ci ildə, onun hələ bir yaşı olanda nümayiş olunub. 1953-cü ildə usta Yip Mandan kunq-fu öyrənməyə başlayıb. Li on səkkiz yaşında ikən Vaşinqton, Seattle Universitetini bitirmək üçün Amerikaya qayıdıb. Vaşinqton Universitetində oxuduğu müddətdə o, döyüş sənəti texnikasının fəlsəfi prinsiplərini mənimsələyərəq fəlsəfə üzrə ixtisaslaşıb. Tezliklə döyüş sənətini öyrətməyə başlayıb.

1964-cü ildə Brüs Kaliforniyada döyüş sənətlərini öyrətməyə başlayıb. Bu vaxta qədər kunq-fu yalnız çinlilərə öyrədilirdi. Lakin , Li bu fikirlə razılaşmayıb və başqaları ilə bölüşmək lazım olduğunu bildirib.

Yenə Ça Ça Ça

O, həm də Ça Ça rəqslərini öyrənirdi və hətta 1958-ci ildə Honq Konq rəqs yarışmalarında qalib olub.

Brüs Li San-Fransiskoda qayığa minəndə cibində cəmi 100 dollar var idi. Səfərin sonunda onun artıq 500 dollardan çox pulu var idi: o, birinci dərəcəli sərnişinlər üçün çox populyar olan ça-ça-ça rəqsi üzrə bir sıra ödənişli dərslər təşkil edib.

Bir qədər poeziya haqqında

Brüs Li oxumağı çox sevirdi – onun ev kitabxanası 2500-dən çox kitabdan ibarət olub. Yeri gəlmişkən, onun hobbilərindən biri də şeir yazmaq olub.

Bruce Lee – döyüş sənətinin müəllimi

1964-cü ildə Brus Kaliforniyanın Lonq-Biç şəhərində keçirilən karate çempionatına dəvət alıb. Orada o, məşhur “one inch kick” fəndini nümayiş etdirib. O, əsasən Jeet Kune Do adlandırdığı üslubu və ya “tutma yumruğunun yolu” öyrədirdi. O, “üslubsuz üslubu” yaradıb və kunq fu-ya yeni stillər gətirib. Li kunq-fu sənətinə yiyələnmək istəyən məşhur insanların böyük marağına səbəb olub. Onun tələbələri arasında Steve McQueen, Joe Lewis, Chuck Norris, James Coburn və Kareem Abdul-Jabbar da daxil olmaqla bir çox məşhurlar var idi.

Döyüş ustasının saatlıq tarfi 250 dollar olub. Lakin qiymətlər nə qədər yüksək olarsa, döyüş sənətinin əsaslarını öyrənmək istəyənlərin sayı bir o qədər sürətlə artdı. Bir dəfə Bruce Roman Polanskiyə fərdi dərslər vermək üçün İsveçrəyə uçmalı olub. Brüs Li dünyanın yeganə məğlub olmayan döyüşçüsü olan böyük Qamanın pərəstişkarı idi. Böyük Qamanın karyerası 50 il davam edib.

Çak Norris

Bruce Lee-nin Chuck Norrisin müəllimi olması ilə bağlı şayiələrə baxmayaraq, bu, belə deyil. Düzdür, onlar dost idilər və hətta birlikdə məşq ediblər, lakin Norrisin sözlərinə görə, müəllimlik etməyə qədər gəlmədi. Lakin məhz onun sayəsində Chuck Norris ilk dəfə kinoya çəkilib – Li gənc Norrisi “The Wrecking Crew” filmində ikinci plan roluna dəvət edib.

Brus Linin zəif yeri

Şayiələrə görə, Brüs Li sudan qorxurdu – o, üzə bilmirdi və kunq-fu tədrisində “su fəlsəfəsindən” istifadə etsə də, suya nifrət edib.

Ölüm oyunu

Yarımçıq qalmış “Ölüm oyunu” filmi Brüs Linin əsas filmi olmalı idi. Özü də bunu “çox səviyyəli” adlandırıb: onun qəhrəmanı, ona lazım olan əşyanın gizləndiyi yeri tapmalı idi və beş mərtəbəli monastıta yollanaraq hər mərtəbəni və hər birini qoruyan beş ustanı məğlub etməli idi. Onların isə özünə məxsus döyüş üslubu var idi. Beləliklə, Li yaponların məşhur “Samurayın yolu ölüm yoludur” postulatı ilə Nitsşenin Zərdüştün ifadəsinə əlavə etdiyi “Bizi öldürməyən bizi daha güclü edir” maksimizmi özündə birləşdirmək istəyirdi. Lakin Linin çəkilişin ortasında ölməsi səbəbindən rejissorlar Robert Klouz və Sammo Honq üç mərtəbəli döyüş səhnələrinin kadrlarından istifadə edərək monastırı restorana, qədim əşyanı isə xəzinəyə çevirdilər. Linin filmə gətirmək niyyətində olduğu fəlsəfi konsepsiyasında , praktiki olaraq heç nə qalmamışdı.

Gündə 8000 məşq

O, hər gün 8000-dən çox məşq edirdi, o cümlədən 5000 yumruq, 2000 təpik, crunch, pull-up və sair məşqlərini edirdi

Şəxsi Həyatı

Brus Li Emerla Linda ilə öz məşq zalında tanış olublar , məhz onun müəllimlik fəaliyyətinə görə onlar bir birlərini yaxından tanıyıblar.

Faciəli ölüm

Bruce Li-nin ölümü faciəli bir hadisə olub. O baş ağrısına qarşı tabletkasını içəndən sonra onun halı pisləşib. Tərkibində meprobamat olan baş ağrısı həbi allergik reaksiyaya və beynin şişməsinə səbəb olub.

Li 20 iyul 1973-cü ildə dünyasını dəyişib. Ölüm zamanı onun cəmi 32 yaşı olub.
Gununsesi.info