

Avropa İttifaqı Azərbaycan hökuməti ilə yeni saziş üzrə danışıqlara başlamasına razılıq verib.
Gununsesi.info xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının yaydığı məlumatda bildirilir.
Mləlumatda bildirilir ki, Avropa İttifaqı Azərbaycanla yeni saziş üzrə danışıqlara başlayır.
Avropa İttifaqı Şurası bu gün Avropa komissiyasının mandatını təsdiq edib.
Bununla belə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federiko Moqerni bütün üzv ölkələr adından Azərbaycanla hərtərəfli razılaşma üzrə danışıqlar başlaması üçün mandatı təsdiqləyib. Yeni razılaşma 1996-cı ildə imzalanmış Əməkdaşlıq və Tərəfdaşlıq razılaşmasını əvəzləyəcək və Azərbaycanla Aİ-nin qarşılaşdığı ümumi maraq və çağırışları nəzərə alacaq.
Gununsesi.info