Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilib

  • By admin
  • 12 İyul 2017 08:42

2a4829dc-a951-4370-8b5f-4a55f2f60a64_675

Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərləri – Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş başa çatıb. 

Gununsesi.info Ermənistan KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə  “Twitter” səhifəsində Ermənistan XİN mətbuat katibi Tiqran Balayan bildirib.

“Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb. Təfərrüatlar barədə az sonra” – deyə Balayan qeyd edib.

Görüşün ATƏT Minsk Qrupunun həmsədrlərinin təşəbbüsü və iştirakı ilə keçirildiyi bildirilmişdi.

Gununsesi.info