“Brüsseldə baş tutan növbəti görüş, Azərbaycanın növbəti uğurunun sübutudur” -Naqif Həmzəyev

“Brüsseldə baş tutan növbəti görüş və görüşün nəticələrinə dair Şarl Mişeliin verdiyi açıqlama Azərbaycan və Azərbaycanın Prezidenti cənab İlham Əliyev növbəti qələbəsinin baş tutduğunu və Azərbaycanın növbəti uğurunun reallaşdığının sübutudur”.

Gununsesi.info bildirir ki, bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

HTML tutorial

Deputat bildirib ki, göründüyü kimi, Azərbaycan səbrlə qarşısına qoyduğu bütün məqsədlərə çatır.

“Post-müharibə dövründə prosesin bu cür inkişafı sülhün əldə olunması üçün atılan addımlar onu deməyə imkan verir ki, biz çox düzgün yoldayıq və cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti bu prosesi də bizim xeyrimizə yekunlaşdırmağa və istəklərimizin reallaşmasına gətirib çıxaracaq. Göründüyü kimi noyabr ayında növbəti görüş baş tutacaq. Bir ay ərzində sülh müqaviləsinin imzalanması üçün mətnin hazırlanması və xarici işlər nazirlərinin bununla bağlı görüşü nəzərdə tutulub. Həmçinin sərhədlərin delimitasiyası ilə bağlı, eyni zamanda kommunikasiyaların açılması ilə bağlı fəaliyyət göstərən komisiyalar da növbəti görüşünü Brüsseldə keçirəcək. Bir sözlə, proses Azərbaycanın müəyyənləşdirdiyi gündəlik əsasında və regionda uzun müddətli sülhün, əminamanlığın əldə edilməsi üçün münbit şəraitin yetişdiyini deməyə imkan verir. Noyabr ayında baş tutan görüşdə zəfərin ikinci ildönümündə biz sülh müqaviləsinin imzalanmasının şahidi ola bilərik”.

N.Həmzəyev deyib ki, Azərbaycan həm torpaqlarını işğaldan azad etdi, həm zəfər çaldı, həmçinin də Avropa dəyərlərinə və regionda sülhün, əminamanlığın olması üçün jest edərək qarşı tərəfi bu reallıqlara tabe olmağa məcbur etdi.

“Avropa İttifaqının moderatorluğu, xidmətləri sayəsində biz sülhün çox yaxınlığındayıq. Bu görüşdə biz bir daha gördük ki, Ermənistanın və bəzi qüvvələrin yenidən dirçəlçəltmək istədiyi ATƏT-in Minsk Qrupundan ümumiyyətlə söhbət getmir. Həmçinin də revanşist qüvvələrin mütəmadi olaraq ara qarışdırması və “Qarabağ məsələsini” gündəmdə saxlamaq üçün səyləri tamamilə iflasa uğrayıb. Çünki, Şarl Mişelin bəyanatında ümumiyyətlə nə ATƏT-in Minsk Qrupundan nə də Qarabağdan söhbət getmir. Burada yalnız və yalnız Ermənistan Azərbaycan münasibətlərinin normallaşması, sərhədlərin delimitasiyası, sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması və digər məsələlərdə söhbət gedir. Bu da birbaşa olaraq Azərbaycanın müəyyənləşdirdiyi, Azərbaycanın istədiyi gündəlik əsasında baş tutan razılaşmadan söhbət getdiyini ortaya qoyur. Biz bir daha əminliklə deyə bilərik ki, bu Azərbaycanın növbəti diplomatik uğurudur və ən qısa zamanda bu proseslərin yekunlaşacağını və regionda istədiyimiz sülhün əldə ediləcəyinin şahidi olacağıq”.

Qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.

Gununsesi.info