Brüsseldə həyəcan: “Allahu Əkbər” deyərək...

  • By admin
  • 02 Sentyabr 2017 17:49

brussel-hava_limani

Brüssel hava limanından Madridə üçan təyyarə partlayış təhlükəsinə görə evakuasiya olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə “VRT” telekanalı informasiya yayıb.

Məlumata görə, Brüsseldən Madridə uçan təyyarədə 51 yaşlı kişi təyyarə havaya qalxmamışdan öncə ayağa qalxaraq “Allahu Əkbər” qışqıraraq təyyarəni partladacağını bildirib. Sərnişin dərhal zərərsizləşdirilib və təyyarədə olan digər şəxslər evakuasiya edilib.

Axtarışlar nəticəsində təyyarədə bombanın olmadığı,saxlanılan şəxsin təyyarədə olan digər 7 dostu ilə birliktə spirtli içkinin təsiri altında olduğu müəyyənləşib.

 

Gununsesi.info