Brüsseldə silahlı hücum

  • By Admin2
  • 05 Fevral 2025 15:41

Belçika polisi Brüssel metrostansiyası qarşısında atəş açan hücumçuları axtarır.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, xizək maskası taxan insanların metro tunellərində gizləndiyi ehtimal edilir. Paytaxtda demək olar ki, bütün stansiyalar bağlanıb.

Yerli media şübhəlilərin üzərində Kalaşnikov kimi görünən silahlar olduğunu bildirib.

Mətbuat katibi atışma nəticəsində xəsarət alan olmadığını bildirib. Həm yerli polis, həm də federal dəmir yolu polisi ərazidə axtarış aparır.

Orxan Saffari

Gununsesi.info