Brüsseldə Əliyevlə Paşinyanın təkbətək görüşü olmayacaq

  • By admin
  • 13 Dekabr 2021 16:48

Dekabrın 14-də Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.

Rusiyanın TASS agentliyi bu barədə yüksək vəzifəli avropalı diplomatına istinadla məlumat yayıb.

Görüş 15 dekabrda keçiriləcək “Şərq Tərəfdaşlığı” Sammiti ərəfəsində baş tutacaq.

“Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycan və Ermənistan liderləri ilə ikitərəfli görüş keçirəcək. Həmin axşam isə onlarla üçtərəfli görüş baş tutacaq”, – deyə diplomat söyləyib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə təkbətək görüşəcəyi gözlənilirdi. Göründüyü kimi, bu görüş də üçtərəfli olacaq.

Gununsesi.info