Brüsseldə aksiya iştirakçıları ilə polis arasında toqquşma olub

  • By admin
  • 23 Yanvar 2022 19:42

Brüsselin Avropa məhəlləsində karantin qaydalarına etiraz edənlərlə hüquq-mühafizə qüvvələrinin nümayəndələri arasında toqquşma baş verib.

Gununsesi.info bildirir ki, bu barədə TASS-ın müxbiri hadisə yerindən məlumat verib.

Məlumata görə, polis su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.

Bir neçə yüz nümayişçi digər aksiyaçılardan ayrılaraq, Avropa Polisinin binası yaxınlığındakı polis kordonunu yarmağa çalışıb. Aksiyaçılar polisə fişəng və butulkalar atmağa başlayıb.

Polis su şırnaqları və gözyaşardıcı qazdan istifadə edərək bir qrup etirazçını qovub.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, qarşıdurma zamanı 10-a qədər adam saxlanılıb.

 

 

Gununsesi.info