Brüsseldə azərbaycanlılara qarşı vəhşilik törədən 15 erməni tutuldu – RƏSMİ

  • By admin
  • 23 İyul 2020 13:34

“İyulun 22-də Brüsseldə azərbaycanlıların keçirdiyi aksiyalar zamanı ermənilər vandalizm və terror aktı həyata keçiriblər”. 

Gununsesiaz.info-nun xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva brifinqdə deyib. 

O bildirib ki, ermənilər Azərbaycanın diplomatik orqanlarına məxsus avtomobillərə ziyan vurublar. 

Onun sözlərinə görə, Brüssel polisinin şifahi məlumatına əsasən, hadisələr zamanı 15 erməni saxlanılıb.

Gununsesiaz.info