BŞİH Aparatına müvəqqəti rəhbər təyin olundu

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri vəzifəsi müvəqqəti olaraq Ayaz İmaməliyevə həvalə olunub.

Gununsesi.info-nun xəbərinə görə, o, bundan əvvəl Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatında Şəhər təsərrüfatı şöbəsinin müdiri olub.

HTML tutorial

Qeyd edək ki, bundan əvvəl Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev olub. Prezident İlham Əliyevin 18 fevral 2022-ci il tarixli Sərəncamı ilə Elgin Həbibullayev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Gununsesi.info