BTC ilə neft nəqlində xeyli azalma – BOTAŞ

  • By admin
  • 20 Noyabr 2021 18:26

2021-ci ilin yanvar-oktyabr aylarında Bakı-Tiflis-Ceyhan (BTC) neft kəməri ilə Türkiyəyə 164,958 milyon barrel xam neft nəql edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz azdır.

Gununsesi.info  xəbər verir ki, bu barədə Türkiyənin BOTAŞ şirkəti məlumat yayıb.

Qeyd edək ki, 2020-ci ilin avqustunda bu göstərici 17,575 milyon barrelə bərabər olmuşdu. Ötən ilin avqustu ilə müqayisədə 5,4 faiz azalma qeydə alınıb.

2021-ci ilin oktyabrında BTC ilə Türkiyəyə 16,759 milyon barrel xam neft nəql edilib. Bu, ötən iln oktyabrı ilə müqayisədə 5,9 faiz çoxdur.

Gununsesi.info