“BTQ layihəsinə zamanında necə dəstək verdiksə, Rəşt-Astara dəmiryolu layihəsinə də dəstək verməliyik” - SİYAVUŞ NOVRUZOV

  • By admin
  • 22 Noyabr 2017 13:28

Azərbaycan Rəşt-Astara dəmiryolu layihəsinin işə düşməsi üçün maliyyə yardımı ayırmalıdır.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov dünən büdcə müzakirələri zamanı bildirib.

O qeyd edib ki, bu il ölkəmizdə iki mühüm hadisə baş verdi. İlk növbədə “Əsrin müqaviləsi”nin müddətinin uzadılmasını, digər tərəfdən isə Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolunun istifadəyə verilməsini qeyd etmək lazımdır: “Hesab edirəm ki, bunlar Azərbaycan iqtisadiyyatının güclənməsinə, turizmin inkişafına imkan verəcək”.

Deputat həmçinin, Rəşt-Astara dəmiryolu layihəsinin işə düşməsinə şərait yaradılması ilə bağlı məsələ qaldırıb. O qeyd edib ki, dəmiryolunun işə düşməsi ilə Naxçıvan bu yola qoşula bilər və nəticədə iqtisadi blokadadan qismən də olsa azad ola bilər: “Biz Bakı-Tbilisi-Qars layihəsinə zamanında necə dəstək verdiksə, bu layihəyə də dəstək verməklə gəlirlərin artmasına şərait yarada bilərik”.

Gununsesi.info