XƏBƏR LENTİ

24 İyul 2017

16 İyul 2017 - 22:25

Bu əlamətlər varsa, qaraciyəriniz xəstədir – SİYAHI

qaraciyer
Qaraciyər olduqca möhkəm və dözümlü orqandır. Qaraciyərin özü özünü bərpa etmək və sağaltmaq qabiliyyəti həqiqətən heyrətləndirir.

Lakin buna baxmayaraq ildən ilə dünyada qaraciyər xəstəliklərindən əziyyət çəkən və bu xəstəliklərdən ölən insanların sayı dayanmadan artır.

Qaraciyəri “lal” orqan adlandırırlar. Uzun müddət ərzində qaraciyər özündə olan dəyişiklikləri heç bir ciddi simptomla büruzə vermir, ağrımır. Bu səbəbdən qaraciyər xəstəlikləri bir çox hallarda gecikmiş mərhələlərdə aşkar olunur.

Gununsesi.info qaraciyər xəstəliklərinin əsas 5 əlamətini təqdim edirik.

1. Həzm proseslərinin pozulması – köp, “səbəbsiz” təkrarlanan ishal, iştahanın azalması.

2. Nəcisin rəngi daha açıq, sidiyin rəngi tünd olur.

3. Qaraciyər nahiyəsində ağırlıq və diskomfort (xüsusilə yağlı, qızardılmış qidaların qəbulundan sonra).

4. Dəridə səpgilər və qaşıntı, dərinin quruluğu.

5. Dərinin və selikli qişalarının saralması.

Gununsesi.info





loading...
Loading...