Bu əməkdaşlıq Qarabağa zərbə vura bilər - Sidorov

  • By admin
  • 25 Fevral 2021 16:53

Gürcüstan və NATO arasında artan hərbi əməkdaşlıq Dağlıq Qarabağdakı vəziyyətə mənfi təsir göstərə bilər.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargah rəisi Anatoli Sidorov jurnalistlərə bildirib.

O, Rusiyanın vasitəçiliyi sayəsində Dağlıq Qarabağ ərazisindəki hərbi əməliyyatların dayandırıldığını və böhranın həlli prosesinin başladığını xatırladıb: “Bölgədəki vəziyyətin inkişafına mənfi təsir göstərə bilən amil Gürcüstan və NATO arasında hərbi əməkdaşlığın gücləndirilməsidir. Gürcüstan və NATO liderlərinin 2020-ci ildə Brüsseldəki görüşlərindən sonra ittifaq gəmilərinin Gürcüstan limanlarına səfərləri və Gürcüstan Silahlı Qüvvələrini NATO standartlarına çatdırmaq üçün Tbilisiyə maliyyə yardımı “əhəmiyyətli” NATO-Gürcüstan tədbirləri paketinə əlavə olundu və 2021-ci ildə döyüş hazırlığı tədbirlərinin sayının artırılması barədə razılıq əldə edildi”.

Sidorov qeyd edib ki, ABŞ-ın bölgədəki hərbi mövcudluğunun gücləndirilməsi məsələsi, o cümlədən, respublika ərazisi və Qara dəniz üzərindəki hava məkanına nəzarətin təmin edilməsi məsələsinə də baxılır.

Gununsesi.info