“Bu, ən çox Qum saatı ilə işləyənlərin işinə yarayacaq…” - FAZİL MUSTAFADAN TƏPKİ

  • By admin
  • 28 İyul 2017 20:05

fazil

“Bakı Dövlət Universitetinin İlahiyyat Fakultəsini də bu ildən tələbə almamaqla sıradan çıxarırıq. Bu qardaş Türkiyə ilə bağı olan növbəti məktəb sisteminin fəaliyyətinə xitam verilməsi deməkdir”.

Gununsesi.info-nun xəbərinə görə, bunu millət vəkili Fazil Mustafa deyib.

Millət vəkilinin dediyinə görə, bunun Azərbaycan saatı ilə işləyənlərin maraqlarına uyğun olmadığı aydındır, ancaq ən çox Qum saatı ilə işləyənlərin işinə yarayacaq:

“Bu yanlış addıma görə təəssüfümü və üzüntümü bildirirəm.

Çünki bu fakultənin məzunlarının hesabınadır ki, din sferasında cahillik, xurafat, bizə düşmən ölkələrin maraqlarına xidmət etmə hərəkətləri baş alıb getmir”.

Gununsesi.info