Bu ərazidə gecədən qaz yoxdur

Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, Oktyabr küçəsində naməlum avtomobil tərəfindən qaz xətti yararsız hala düşüb.

Gununsesi.info  xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, nəticədə 14 dekabr saat 02:11-dan etibarən qaz təchizatı dayandırılıb:

“Qaz təchizatı dayandırılan müddətdə 400 istehlakçının qaz təchizatında fasilə yaranıb. Hazırda təmir-bərpa işləri aparılır”.

 

 

 

Gununsesi.info