Bu ərazidə hərəkət 2 günlük tam məhdudlaşdırılır

Bakı şəhəri, 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət avqustun 10-u saat 06:00-dan avqustun 12-si saat 09:00-dək davam edəcək.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – məlumatda deyilir.

 

 

 

Gununsesi.info