Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Gununsesi.info-ya verilən məlumata əsasən, ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edib.
Əksər yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış, Şahdağ və Gədəbəyin yüksək dağlıq ərazilərinə isə qar yağıb.
Bir sıra ərazilərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Mingəçevirdə 24, Goranboyda 23, Naftalan və Culfada 22, Bakıda və Abşeron yarımadasında 21, Göyçayda 18, Sabirabadda 17 m/s-dək güclənib.
Sumqayıt, Göygöl, Göyçay, Zaqatala, Qəbələ, Şəki, Xızı, Qusar, Qrız, Şahdağ, Xaltan, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.













