Bu ərazilərdə FHN-in Minaaxtaran Alayı yaradılıb - Nazir

“Azad olunan ərazilərdə Fövqəladə Hallar Nazirliyinin yeni Minaaxtaran Alayı yaradılıb”.

Gununsesi.info xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.

HTML tutorial

Nazir bildirib ki, həmçinin həmin ərazilərə ilk günlərdən nazirliyin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

“Alayda 74 yeni minaaxtaran mütəxəssis yetişdirmişik, 120 ədəd minaaxtaran cihazlar xaricdən alınaraq həmin mütəxəssislərə təhvil verilib. Yeni yaradılmış alay Türkiyə mütəxəssisləri və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları ilə birlikdə ərazilərdə minadan təmizlənmə işlərini davam etdirirlər”, – Kəmaləddin Heydərov vurğulayıb.

Gununsesi.info