“Bu ərazilərdə tikinti aparmaq qəti qadağandır - BAŞ NAZİRİN MÜAVİNİNDƏN RƏSMİ AÇIQLAMA

  • By admin
  • 04 Aprel 2018 14:12

“Bayıl zonasında tikinti aparmaq olmaz”.

Baş nazirin müavini Abid Şərifov sürüşmə zonalarında ev tikintisinin qəti qadağan olunduğunu bəyan edib.

Gununsesi.info-nun məlumatına görə, A. Şərifov bildirib ki, Nazirlər Kabineti 3 il əvvəl sürüşmə zonaları ilə bağlı qərar verib:

“Ümumiyyətlə, istər Abşeronda, istər Azərbaycanın başqa bölgələrində Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri tərəfindən sürüşmə zonaları müəyyən edilib və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilib. Tapşırılıb ki, sürüşmə zonalarında tikinti aparmaq olmaz, bu, qəti qadağandır. Nəticəsi də göz qarşısındadır. Bayıl zonasında tikinti aparmaq olmaz”.

Gununsesi.info