Bu əsər 45 milyon dollara satıldı

  • By admin
  • 30 Yanvar 2022 14:17

İtaliyalı rəssam Bolttiçellinin “Kədərlərin əri” (“Man of Sorrows”) adlı tarixi əsəri Nyu-Yorkda təşkil olunan hərracda 45,4 milyon dollara satılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Sotheby’s” hərrac evi məlumat yayıb.

Qeyd olunur ki, 600 illik əsər XIX əsrdən şəxsi kolleksiyada saxlanılıb.

Portretin sahibi onu 1993-cü ildə alıb. Rəsm əsərinin təqribən 1500-cü ildə çəkildiyi ehtimal olunur.

“Kədərlərin əri” cəmi 7 dəqiqə ərzində satılıb. Onu alan şəxsin adı açıqlanmır.

Gununsesi.info