“Bu əsgər və zabitlərə də şəhid statusu verilməlidir” -Deputat

  • By admin
  • 23 İyun 2023 13:34

“Qeyri-döyüş şəraitində həlak olan əsgər və zabitlərə də şəhid statusu verilməlidir”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri deputat Razi Nurullayev Milli Məclisin iclasında deyib.

Deputat bildirib ki, bu şəxslərin valideynləri və yaxınları onlara da şəhid statusunun verilməsini tələb edir: “Çünki onların övladları hələ də müharibə şəraitində olan Qarabağda həyatını itirib. Bu məqamı nəzərə alaraq Qarabağda hərbi xidmət zamanı müxtəlif səbəblərdən həyatını itirmiş əsgər və zabitlərə də şəhid statusunun verilməsini təklif edirəm.

Bu hallar kütləvi deyil. Mən bu təklifi Qarabağda xidmət etməyin çətinliyini, müharibə şəraitini, hər zaman düşmən təxribatı ilə üz-üzə qalmaq təhlükəsini nəzərə alaraq verirəm və ümid edirəm ki, bu məsələni müzakirə edib qanunvericiliyə istisna hal kimi əlavə edə bilərik”.

Gununsesi.info