“Bu əsr “Türkiyə yüzilliyi” olacaq” -Ərdoğan

“Bu əsr “Türkiyə yüzilliyi” olacaq”.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

HTML tutorial

Onun sözlərinə görə, dünyada problemlər olsa da, Türkiyə bu çətinlikləri yaşamadı.

“2022-ci ildə qlobal inkişaf mənfi saldo üzrə proqnozlaşdırılır. Buna baxmayaraq, Türkiyə inkişafdadır, bunu sübut edəcəyik”, – Ərdoğan bildirib.

Ərdoğanın “Türkiyə yüzilliyi” dediyi ifadə Prezident İlham Əliyevin “XXI əsr türk dünyasının əsri olacaq” sözlərini xatırladır. Türkiyə Prezidenti bu ifadəni lideri olduğu ölkənin iqtisadi inkişafı kontekstində deyir, İlham Əliyev isə siyasi baxımdan əsrin türklərin yüzilliyi olacağını bildirirdi. Hər iki ifadə arasında məntiqi ardıcıllıq var, çünki mövcud geosiyasi şərtlər, xüsusilə 44 günlük müharibədən sonra Türkiyənin Cənubi Qafqazda və Mərkəzi Asiyada artan nüfuzu, türk dünyasının dərin inteqrasiyasında Azərbaycanın oynadığı rol və hər iki liderin – Ərdoğanla Əliyevin bu tarixi missiyaya rəhbərlik etməsi “türklərin yüzilliyi”nin gəldiyi qənaətini gücləndirir.

Gununsesi.info