Bu əşyaların da son istifadə tarixi var imiş – MARAQLI BİLGİLƏR

  • By admin
  • 05 Yanvar 2018 22:24

Marketlərdən alınan əksər məhsulların üzərində son istifadə tarixi qeyd olunur.

Lakin gündəlik istifadə etdiyimiz elə əşyalar var ki, onları nə qədər istifadə edəcəyimizi bilmirik.

Gununsesi.az bu barədə maraqlı məlumatları oxucularına təqdim edir.

Hamam sürtgəcləri

Hamam sürtgəcləri 6 aydan bir dəyişdirilməlidir. Əgər bu əşyanı uzun müddət istifadə etmək istəyirsinizsə, onu davamlı olaraq suda qaynadın. Əks halda bakteriyalar dərinizə zərər verə bilər.

 

Əmzik

2-5 həftə ərzində dəyişilməlidir. Plastikdən hazırlanan əmziklər yüzlərlə bakteriyanı özünə toplayır. Övladınızın sağlamlığını düşünürsünüzsə, ən gec 5 həftədən bir dəyişdirin.

 

Diş fırçası

Diş fırçalarının 3 ay istifadə müddəti var. Təkcə bu müddət başa çatdıqda deyil, eyni zamanda qripə yoluxduqdan sonra diş fırçası yenilənməlidir. Əks halda xəstəlik sizə geri qayıda bilər.

 

Krasovka

Rahat idman ayaqqabısı olan krasovkaların 1 il istifadə müddəti var. Bu müddət tamamlandıqdan sonra ayaqqabı ayağı yormağa başlayır.

 

Yastıq

Yastıqlar 2-3 ildən biri təzələnməlidir. 3 ildən sonra müddəti bitmiş balışlar boyun ağrılarına səbəb olur.

 

Dəsmal

Dəsmalların 1 ildən 3 ilə qədər istifadə müddəti var. Nəm dəsmallar bakteriyaları özünə toplayır, yuyulduqda da faydası olmur.

 

Büstqalter

Qadın alt paltarı olan büstqalterlərin də istifadə müddəti var. İç geyiminizin forması pozularsa, onu dəyişin. Əks halda sizə narahatlıq verə bilər.

 

Çəkələk

İstifadə müddəti 6 aydır. Uzun müddət geyinilən çəkələkləri dəyişdirməsəniz, göbələk xəstəliyinə tutulma riskiniz olduqca böyük olar.

 

Ətir

Parfumləri qapalı qutuda 3, açıq şəkildə 2 il saxlamaq olar. Çox saxlasanız, effekti itəcək.

 

Daraq

Saç daraqları hər il yenilənməlidir. Həftədə bir dəfə isə darağınızı mütləq təmizləyin.

Gununsesi.az