Səhiyyə Nazirliyi ginekomastiya və varikosel əməliyyatları ilə bağlı açıqlama verib.
Gununsesi.info-nun sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, hər iki əməliyyat icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir.
Ginekomastiya əməliyyatı tibbi göstəriş və həkim təyinatı olduqda icbari tibbi sığorta hesabına həyata keçirilir. Əməliyyat dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında və göndəriş əsasında özəl tibb müəssisələrində aparılır.
Varikosel əməliyyatı da tibbi göstəriş olduqda icbari tibbi sığorta ilə qarşılanır. Bu əməliyyat dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında və göndəriş əsasında müqaviləli özəl tibb müəssisələrində həyata keçirilir.
Nazirlikdən bildirilib ki, vətəndaşlar Səhiyyə Nazirliyinin tabeliyində olan elmi-tədqiqat institutlarına və digər tibb müəssisələrinə ambulator və stasionar xidmət üçün birbaşa müraciət edə bilərlər.
İcbari tibbi sığortadan yararlanmaq üçün şəxsiyyət vəsiqəsinin təqdim edilməsi kifayətdir.
Vüsal











