Bu, əzələlərin inkişafına mane olur

  • By admin
  • 18 May 2022 14:09

Uşaqlarda əyri duruş ailələrin əsas problemlərindən biridir. Kifoz və ya skolioz deyiləndə onurğadakı əyriliklərin həddən artıq səviyyədə olduğu nəzərdə tutulur. Kifoz müxtəlif səbəblərlə inkişaf edir. 

Gununsesi.info xəbər verir ki, bu sözləri fizioterapevt-reabilitoloq Ramin Quliyev deyib.

Həkim bildirib ki, əyri oturma, əyri duruş və mövqedə dayanmaq onurğanın üzərindəki əyriliklərin zamanla artmasına səbəb olur: “Bu duruşla əlaqəli kifoz adətən yetkinlik dövründə inkişaf edir, nadir hallarda ağrı baş verir. Bu vəziyyətdə qarındakı əzələlərin, bel və ayaq əzələlərinin inkişafına mane olur.

Digər növ yaşlılarda osteoporozla əlaqəli kifozdur. Osteoporozda sümüklər zəif və nazikdir. Digər fəqərə üzərində təzyiq fəqərə cismin ön hissəsinin hündürlüyünü azaldır, nəticədə çəki ağır yüklənir və əyilmə baş verir.

Funksional (və ya inkişaf edən) kifoz, daha şiddətli kifozlar doğumdan və ya xəstəliklərdən asılı ola bilər. Cərrahi müalicə ilə kifozun qarşısını almaq və yaxşılaşdırmaq olar. Lakin uşaqlarda onurğanın əyriliyi 50 dərəcə və ya daha çox olduqda anormal sayılır. Uşaq böyüdükcə onda əyriliklər də artar. Yaxşı fizioterapevtik məşq proqramı ilə qarşısını almaq və kifozun düzəldilməsi mümkündür. Ağrı olduğunda arğıkəsici və istirahət məsləhət görülür. Uşağın böyümə dövründə, bəzən böyümənin sonuna qədər bir korsetin istifadəsi böyümənin artmasına maneə törədir. Kifoz 75 dərəcədən artıq olduqda cərrahi baxış tövsiyə olunur. Cərrahi mudaxilə kifozun düzəldilməsinə və inkişafın qarşısını almağa kömək edir”.

Gununsesi.info