Hədislərimiz bizləri can verməyi asanlaşdıran bəzi əməllər ilə tanış etmişdilər ki, onlara işarə edək.
1. İnfaq və saleh əməl. Həzrət Peyğəmbər (s) buyurur: “Malını özündən əvvəl göndər ki, ona qovuşmağın səni sevindirsin”.
2. Günahı tərk etmək. Həzrət Peyğəmbər (s) buyurur: “Xahişlərini azalt ki, yoxsulluğa dözmək sənin üçün asan olsun və günahlarından azalt ki, ölüm sənin üçün asan olsun”.
3. İmam Sadiq (ə) buyurur: “Hər kim istəyirsə ki, Allah Təala can verməyi onun üçün asan etsin – gərək qohumlarına əl tutsun, ata və anasına yaxşılıq etsin”.
4. Çoxlu salavat göndərmək.
5. İmam Hüseyni (ə) ziyarət etmək.
6. İmam Hüseyn (ə) müsibəti üçün göz yaşı tökmək.
7. Mömin qardaşlarına Allaha xatir yardım etmək və əl tutmaq.
8. “Lə həvlə və lə quvvətə illa Billəh” zikrini çox demək.
9. Davamlı olaraq “Yasin”, “Saffat”, “Zəlzələ”, “Naziat” surələrini oxumaq.
10. Məsumlara (ə) məhəbbət bəsləmək.
11. Geyim və yemək ehsan etmək. (Həvzəh)
Allah Təala yaxşılıqlar etməyi bizlərə qismət etsin!
Gununsesi.org