“Bu 25 ildə bir dəfə də olsun…” - ƏLİ HƏSƏNOV DANIŞIR (VİDEO)

  • By admin
  • 23 Dekabr 2017 14:00
Gununsesi.info baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun apa-ya müsahibəsin təqdim edir. Əli Həsənov Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həlli sahəsində görülən işlər barədə danışıb.
O bildirib ki, hələ ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə qaçqın və məcburi köçkün problemi ilə məşğul olmağa başladı:
“Çox təəssüflər olsun ki, əvvəlki hakimiyyətin dövründə çoxlu problem yaranmışdı, qaçqın və məcburi köçkünlər xaotik şəkildə, kim harada gəldi, yerləşmişdi. Prosesi idarə edən, onları istiqamətləndirən olmamışdı. Çünki sistem pozulmuşdu, idarəçilik yox idi. İnsanların durumu pis, dolanışıq çətin idi. Onsuz da SSRİ parçalanandan sonra iqtisadiyyatımız sıfır vəziyyətinə düşmüşdü, hökumətdə o insanları təmin etmək üçün heç bir vəsait yoxuydu. Heydər Əliyev, ilk növbədə, beynəlxalq humanitar təşkilatların Azərbaycana gəlməsini təmin etdi. Heydər Əliyev humanitar təşkilatların Azərbaycana gəlməsini təmin etməsəydi, ölkədə humanitar böhran, fəlakət baş verəcəkdi və bunun qarşısı da alınmaz olacaqdı. Ulu öndərin uzaqgörənliyinin bəhrəsini o zaman gördük. Beynəlxalq təşkilatlar Azərbaycana dəvət edildi, ölkəyə 80-ə qədər humanitar təşkilat gəldi. Bir il ərzində beynəlxalq humanitar təşkilatlar 70-80 milyon dollarlıq proqram həyata keçirməyə və bizim 1 milyon qaçqın və məcburi köçkünümüzə yardım etməyə başladı. İlk növbədə, BMT, ABŞ, Avropa, Türkiyə və İranın humanitar təşkilatları Azərbaycana gəldi. Biz bunu yaddan çıxarmamalıyıq. O zaman bizim vəsaitimiz yox idi. Təsəvvür edin ki, o dövrdə beynəlxalq humanitar təşkilatlar bir il ərzində qaçqın və məcburi köçkünlərə 80 milyon dollar sərf edirdi, Azərbaycan hökuməti isə çətinliklə 500 min dollar ayıra bilirdi. Çünki Azərbaycan hökumətinin vəsaiti yox idi. Ulu öndərin ən böyük töhfəsi humanitar böhranın, fəlakətin qarşısının alınması oldu. Bununla Heydər Əliyev həm də dövlətin dağılmasının qarşısını aldı. Zarafat deyil, 1 milyon insan ortada qidasız, vəsaitsiz qalmışdı. Heydər Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinin sistemli həlli üçün mexanizm qurmağa başladı. Bu gün prezident İlham Əliyev o mexanizmi təkmilləşdirərək dünyaya göstərdi ki, bu sahədə Azərbaycan modeli var. Bu gün dünya miqyasında qaçqın və məcburi köçkünlərin idarə olunma sistemi, mexanizmi Azərbaycan brendidir. Hökumətin son hesabatı zamanı Azərbaycan prezidenti çıxışında bunu qeyd etdi. Bu, həqiqətdir. Baxın, 1 milyon qaçqın və məcburi köçkün gələn zaman Azərbaycanın 7 milyon əhalisi vardı, hər 7 nəfərdən biri qaçqın idi. İndi təbii artım hesabına qaçqın və məcburi köçkünlərin sayı 1 milyon 200 min nəfərə çatıb, ölkənin əhalisi isə 10 milyon nəfərdir”.
O, məcburi köçkünlərlə problemlərdən də söz açıb: “25 illik qaçqın və məcburi köçkünlük tarixi var, mən 20 ildir ki, bu sahədə çalışıram, prezidentin bu sahədə tapşırıqlarını yerinə yetirirəm. Bu 25 ildə bir dəfə də olsun Azərbaycanda qaçqınların kütləvi problemi ortaya çıxmayıb, kütləvi narazılıq olmayıb. Demirəm ki, heç bir problem olmayıb, olub, amma o problem ulu öndər Heydər Əliyevin qurduğu mexanizm və prezident İlham Əliyevin bu mexanizmi Azərbaycan brendinə çevirməsinin hesabına yoluna qoyulub. Problemlər həm danışıqla, həm də görülən işlər hesabına yoluna qoyulub”.
Həmin müsahibənin davamına buradan baxa bilərsiniz:

Gununsesi.info