“Bu adama ancaq ömürlük cəza verilməlidir”-ZƏRƏRÇƏKƏN

“Bu adama ancaq ömürlük cəza verilməlidir”

 

 

Sumqayıt sakini olan Fəttah Nuriyevə 20 il həbs cəzası istənilib. Fevralın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı bu təkliflə çıxış edib.

Gununsesi.info xəbər verir ki, 29 yaşlı Fəttah Nuriyev elə Sumqayıt şəhərində yaşayan iki uşaq anası Sevda Bayramovanı zorlayıb qətlə yetirməkdə təqsirləndirilir.

Sevda Bayramovanın yaxınları isə 20 illə razılaşmır. Zərərçəkmiş tərəf Fəttah Nuriyevin ömürlük azadlıqdan məhrum edilməsini istəyib: “Bu adama ancaq ömürlük cəza verilməlidir”.

Fevralın 23-də Fəttah Nuriyev məhkəmədə son sözünü deyəcək, ardınca da ona hökm oxunacaq.

Fəttah Nuriyevə Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq), 149.1-ci(zorlama), 1501.1 (seksual xarakterli hərəkətlər etmə), 120.2.6-cı (Zorlama və seksual xarakterli başqa zorakı hərəkətlə bağlı adam öldürmə) maddələri ilə ittiham verilib.

Cinayət işinin materiallarına görə, Fəttah Nuriyev hadisəni sərxoş vəziyyətdə törədib. O, Sumqayıtda  dənizkənarı parkdakı “Göyərçin” abidəsinə tərəf gedəndə Sevda Nuriyevanı, onun üzərindəki qızıl-zinət əşyalarını görüb. Əşyaları ələ keçirmək üçün qadını bir xeyli izləyən Nuriyev uyğun şərait tapanda ona hücum edib. Hava qaranlıq olub, həmin ərazidə də işıq yanmırmış. Qadını yerə yıxdıqdan sonra onu kolların arasına aparan təqsirləndirilən şəxs üzərindəki qızıl-zinət əşyalarını açıb. Bundan sonra ona təcavüz edib. Səsi çıxmaması üçün qadının ağzını torpağa sıxıb, qarın nahiyəsinə vurulan zərbələr nəticəsində qadın orada dünyasını dəyişib.

Gununsesi.info

COMMENTS