Bu ağ qidalardan uzaq durun - ÇİN ALİMLƏRİ

Jurnalistlərin InoSMI nəşrinin materialında üç ağ qidanın istifadəsindən imtina etməyin vacibliyindən yazılıb. Bu, bədənə böyük fayda verəcəkdir. Gununsesi.info bildirir ki, məlumat Sohudan olan Çin alimləri sayəsində açıqlanıb.

Məsələn, mütəxəssislər ağ süfrə duzunu zərərli adlandırıblar. Qan təzyiqini artırdığı üçün bədənə əhəmiyyətli zərər verir və həmçinin zamanla böyrək problemlərinə səbəb olur. Daha çox duz qan damarlarının tıxanmasına səbəb olur.

Ağ şəkərin də insan orqanizminə zərərli olduğu bildirilir. Alimlərin sözlərinə görə bu insanlarda piylənmə və şəkərli diabetin yaranmasına səbəb olur.

Ağ ət yeməkdən də çəkinmək tövsiyə olunur. Sonuncu qanda lipidlərin ümumi miqdarını artırır, bu da öz növbəsində bədənə mənfi təsir göstərir: piylənməyə gətirir.

Tərcümə: Adil Elxanoğlu