Bu ağac aşarsa…- FOTOLAR

  • By arzu
  • 27 Fevral 2023 15:08

Tovuzun Heydər Əliyev prospektinin sakinləri saytımıza müraciət ediblər. Onlar bildirirlər ki, şəhərin mərkəzi prospektində illər öncə əkilən şam ağacı hər an aşmaq təhlükəsi ilə üz-üzədir.

Gununsesi.info  xəbər verir ki, şəhərin baş avtomobil magistralındakı şam ağacı istənilən an aşa bilər. Ağac öz yerindən tərpənib. Yerindən aşarsa, həm yaxınlıqdakı evin üzərinə və ya yoldan keçən adamların, avtomobillərin üzərinə yıxıla bilər.

HTML tutorial

Təhlükəli şam ağacının aşması Tovuzun şəhər hissəsində yerləşən həmin ərazidə elektrik naqillərinin dartılaraq qısa qapanmasına səbəb ola bilər. Nəticədə, faciəvi olay yaşana bilər.

 

 

 

 

 

Fotolar Elman Məmmədova məxsusdur

Gununsesi.info