Bu ağacın yanından keçən “güllələnir”

  • By admin
  • 03 İyun 2017 12:42

agac

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Amerikanın tropik meşələrində həmişəyaşıl xura ağacı yerli sakinlərin kabusuna çevrilib.

Belə ki, “dinamit ağac” adı verilmiş bu bitkinin bar vermə dövründə onun yaxınlığından, hətta 100 metr məsafədən keçmək mümkün deyil. Ağacın qozaları açılanda onun içindəki iynəli toxumları güllə sürəti ilə kənarlara tökülməyə başlayır. Bu “güllələr” elə sürətlə atılır ki, yaxınlıqda olan adam ordan uzaqlaşmağa macal tapmır.

İynəli toxumlar zəhərlidir, sancdığı insanları qısa müddətdə öldürür.

 

Gununsesi.info