Bu amillər qadınların seksə olan istəyini öldürür

  • By admin
  • 22 Fevral 2018 22:35

Böyük Britaniya alimləri sübut edir ki, dünyada yaşayan qadınların 43%-də cinsi həvəs ya heç olmur, ya da çox zəif olur.

Gununsesi.info xəbər verir ki, alimlərin müşahidələrinə görə, qadnlarda libidonun (cinsi meyl, həvəs) zəif olmasının bir sıra səbəbləri var.

Bu səbəblərdən biri qadının uşağlığında gizlənir. Əgər valideynlər (analar) qız uşaqlarına seksi pis, ayıb, təhlükəli, qorxulu bir şey kimi təqdim edirsə, bu gələcəkdə qızlarda cinsi həvəsin olmamasına səbəb ola bilər.

Digər səbəb qadında öz xarici görünüşü ilə bağlı olan komplekslər, qadının öz bədənini qəbul etməməsi, bədənindən utanması. Bu bir çox hallarda nevrozlar və cinsi həyatdan imtinaya səbəb olur.

Hormonal pozulmalar və dəyişikliklər (hamiləlik, klimaks) qadınlarda cinsi həvəsi azaldan amillərdəndir.

Daimi stress və yorğunluq da qadınlarda cinsi həvəsi kəskin azaldır.

Növbəti səbəb qadınların kişilərə qarşı olan inamsızlığıdır.

Gununsesi.info