Bu, Ankaranın Bakıya gözlədiyimiz dəstəyidir

  • By admin
  • 23 Aprel 2017 11:54

asim-mollazade

 

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin növbəti hərbi təlimləri Bakı və Ankara arasında nəinki indiki, eyni zamanda, bundan sonrakı çox ciddi əməkdaşlığın göstəricisidir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Onun sözlərinə görə, Türkiyənin müasir NATO təcrübəsini əldə edən Azərbaycan Silahlı Qüvvələri bölgənin ən güclü ordusuna çevrilir:

“Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin növbəti hərbi təlimləri Bakı və Ankara arasında çox ciddi əməkdaşlığın göstəricisidir. Türkiyə Azərbaycan Silahlı Qüvvələrində həyata keçirilən islahatların hər birinə hər zaman dəstək verib və bundan sonra da verəcək. Azərbaycan Ordusu günü-gündən güclənir. İki ölkənin çox mühüm layihələrdə, xüsusilə də təhlükəsizlik məsələlərində əməkdaşlığı üçüncü bir tərəfə qarşı yönəlməyib və yalnız bir məqsədi var, o da Azərbaycan Silahlı Qüvvələrinin daha müasir və güclü olmasıdır”.

Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən 5-dək hər iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri keçiriləcək.

Birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədi ilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edəcək.

 

Gununsesi.info