Bu aparat hər kəsə pul qazandıracaq

Bu aparat hər kəsə pul qazandıracaq

Ölkəmizə plastik butulkalardan daha səmərəli istifadə etməyə imkan verən yeni aparatlar gətirilib. Fandomat adlanan bu qurğu vasitəsilə tullantı qabların qarşılığında pul qazanmaq mümkün olacaq. Qafqazda da bir ilk olan bu aparatların ilkin olaraq Bakıda quraşdırılması nəzərdə tutulur.

Gununsesi.info xəbər verir ki, Azərbaycana bir çox insana pul qazandıracaq aparatlar gətirilib. Artıq zibil hesab etdiyimiz plastik və dəmir butulkaları da gəlirə çevirmək mümkün olacaq.

 

Avropa ölkələrində geniş yayılan və ekoloji təmizliyin qorunmasında mühüm rol oynayan fandomat aparatlarını tezliklə Bakı küçələrində görə biləcəyik.

Gətirilən aparatların insanların sıx olduğu yerlərdə quraşdırılması nəzərdə tutulur.

İlkin mərhələdə aparata atılan plastik və ya dəmir qabın qarşılığında verilən pulu 3 məqsədlə istifadə etmək nəzərdə tutulubsa, gələcəkdə seçimlər daha da artacaq. Tullantı qablara görə ödəniləcək məbləğ də artıq müəyyənləşib.

Aparılan bazar araşdırmasına görə, ölkəmizdə hər il 800 milyondan çox plastik qab istifadə edilir ki, bu da 16 milyon manatlıq dövriyyə deməkdir. Hazırda yeni aparatların proqramlaşdırma işləri aparılır. Tezliklə şəhərin ən sıx yerlərində fandomatlardan yararlanmaq mümkün olacaq.

Gununsesi.info 

COMMENTS