Bu araşdırmalar ölkənin ziyanına deyil, xeyrinədir

Keçmiş CHP sədri Dəniz Baykalın qızı Aslı Baykal, İstanbul Böyükşəhər Bələdiyyə Başqanı Əkrəm İmamoğlunun həbsinə belə reaksiya verib.

Gununsesi.info bunu Türkiyə mediasına istinadən xəbər verir.

“Bu istintaqlar ölkənin zərərinə deyil, xeyrinədir və təmiz siyasətə doğru atılan böyük addımlardır”- deyə Aslı Baykal sosial media hesabında bildirib.

O, bildirib ki, bugünkü həbslər ardıcıl zərbələr kimi görünsə də, ehtimal ki, onlar diplom araşdırmasına təsir etməmək üçün təxirə salınıblar.

“İmamoğlunun CHP üzərindəki təsirini nəzərə alsaq, bu təsirin haradan gəldiyini və nə ilə bəsləndiyini düşünməmək mümkün deyil,” – deyə o ələvə edib.

Şəbnəm

Gununsesi.info