Bu Avropa ölkəsi gecə vaxtı içki satışına qadağa qoyur

  • By admin
  • 14 Noyabr 2021 15:59

Danimarka hökuməti ölkənin bəzi rayonlarında gecə saatlarında spirtli içki satışına qadağa qoymaq niyyətindədir.

 Gununsesi.info xəbər verir ki, bu barədə “Ritzaus Bureau” agentliyi məlumat yayıb.

Məlumata görə, bu addım ölkənin iri şəhərlərində gecə həyatını daha təhlükəsiz etmək üçün atılır.

Yeni qərara əsasən, gecə saat 00:00-dan 05:00-a qədər spirtli içki satışı qadağan olunacaq.

Hökumət hesab edir ki, Kopenhagen və bir sıra iri şəhərlərdə sərxoşluq, zorakılıq baş verir.

 Gununsesi.info