Bu avtobuslarda sürücülər gediş haqqını qaldırdı – XƏBƏRDARLIQ

  • By admin
  • 10 Mart 2021 14:28

Dövlət Avtomobil Nəqliyyatı Xidməti respublika ərazisində sərnişindaşımada qiymət artımı ilə bağlı yayılan məlumatlarla əlaqədar əhaliyə müraciət edib.

Qurumdan Gununsesi.info-ya verilən məlumatda bildirilir ki, paytaxt istisna olmaqla (Bakı şəhəri daxilində ictimai nəqliyyatın tənzimlənməsi Bakı Nəqliyyat Agentliyinin səlahiyyətindədir) respublikanın digər regionlarında şəhərdaxili, rayondaxili və Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobuslarda süni qiymət artımı ilə qarşılaşdığınız zaman 012-566-52-58 nömrəli “Çağrı Mərkəzi”nə zəng edib məlumat verməyinizi xahiş edirik:

“Bu günə qədər süni qiymət artımı ilə bağlı daxil olan şikayətlərin 96 %-nin müntəzəm marşrut xətlərinə aid olmadığı aşkarlanıb. Müntəzəm marşrut xətlərində rast gəlinən süni qiymət artımının isə sürücünün fərdi təşəbbüsü olduğu məlum olub. Bununla bağlı müvafiq daşıyıcı şirkətə məlumat verilərək problem həllini tapıb, gediş haqqı əvvəlki vəziyyətinə qaytarılıb. Dövlət Avtomobil Nəqliyyatı Xidməti olaraq daşıyıcı şirkət rəhbərlərinə və ictimai nəqliyyatı idarə edən sürücülərə xəbərdarlıq edirik ki, süni qiymət artımına yol verdikləri halda tərəfimizdən sərt tədbirlər görüləcək”

Gununsesi.info