Bu avtobusun hərəkət istiqaməti dəyişdirildi

  • By admin
  • 06 İyul 2022 11:01

Bakıda 11 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkəti müvəqqəti olaraq Dəmiryolu Vağzalı istiqamətində dəyişdirilərək Təbriz küçəsi ilə təşkil edilib.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bunun səbəbi Əbdüləzəl Dəmirçizadə küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətin tətbiq edilməsidir.

Tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldıqdan sonra marşrutun əvvəlki sxem üzrə fəaliyyəti bərpa ediləcək.

Gununsesi.info